Azərbaycan nefti ucuzlaşır 

23:18 27.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 26-da 64,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,2 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

ucuzlaşır

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,29 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 62,15 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,14 dollar/barel azdır.